Baş səhifə Şirkət haqqında

Haqqımızda

"MasterTent" müştərilərinə gözəl, şık, gözə gəlimli tent və çadırlar, onların membran konstruksiyalarından istifadə ilə bağlı fikirlərinin peşəkar və bir o qədər də keyfiyyətli şəkildə həyata keçirilməsini təqdim edərkən bu anlayış və fəlsəfəni şirkət olaraq başlıca vəzifə və missiya halına gətirmişdir. Məqsədimiz çadır və çadır quruluşlarını icarəyə götürmək sahəsində ən yaxşı mal və xidmət xəttini yaratmaqdır.

Saytın yaradılmasında əsas məqsəd dizayn, memarlıq, dizayn və tikinti ilə əlaqəli bütün sahələrdəki mütəxssisləri membran inşaat və memarlıq anlayışı ilə təmin etməkdir. Saytımızda üçölçülü model tiplərindən, hazır məhsulların fotoşəkillərinə qədər yetərli sayda qrafik materialı tapa bilərsiniz.

Təqdim etdiyimiz çadır və tentlərimiz, istənilən hava şəraitində, açıq səma altında tətil, piknik və özəl olaraq təşkil edəcəyiniz tədbirləriniz üçün sizə rahatlıq təmin edəcəkdir. Çünki çadırlar haqqında hər şeyi bilirik və istəklərinizə uyğun ən yaxşı seçimi seçməyinizə asanlıqla kömək edə bilərik.
İşimizdə üç prinsipə əməl edirik: fərdi yanaşma, bazarda ən uyğun qiymətlərçadırların yüksək keyfiyyəti! Çeşidlərimizin bol olması istəklərinizə uyğun dizaynı sizə təklif etməyə və ən sarfəli seçimi seçmənizə yardımçı olacaqdır!

Şirkətimiz daha böyük ölçülü açıq tədbirlər üçün də çadırların geniş seçimini təklif edir.

"MasterTent" şirkəti öz sahəsində peşəkardır. Çadırları, çadır quruluşlarını, mobil quruluşları və eksklüziv çadır quruluşlarını kirayə verən ən öndə gedən şirkətlərdən biriyik.

Kirayə parkımız (bazarımız) sürətlə böyüyür.

Çadır quruluş donanmamız (sahəmiz) 10000 m2-na qədər ərazini əhatə edə bilir. Çadır konstruksiyalarımız Azərbaycanın hər yerindən icarəyə götürüldüyünə görə şirkətimiz çadır konstruksiyaları sahəsində sürətlə inkişaf etməyə başladı.

Çadırlarımız bütün təhlükəsizlik norma və standartlarına cavab verir ki, bu da onlarla işləməyi çox asan hala gətirir.

Bütün çadır konstruksiyaları ən müasir materiallardan istifadə edilərək ən yeni texnologiya ilə hazırlanır. Bu isə şübhəsiz əsl alman keyfiyyəti olan "Roder"-in adı ilə bağlıdır.

Kirayə üçün hər hansı bir model çadırın seçimi bir çox parametrdən asılıdır. Biz bunu çox gözəl bildiyimiz üçün tələblərinizə uyğun tam cavab verən bir pavilyon və ya çadır seçməyinizə köməklik göstərəcəyik.

Çadırların keyfiyyətinə, peşəkar quraşdırılmasına və əlverişli qiymətinə görə seçilirik. Bununla yanaşı, bizim üçün önəmli olan vaxt amili və müştəri məmnuniyyətidir ki, nəticə olaraq işimizlə fəxr edə bilərik. Çünki qısa müddət ərzində, istənilən hava şəraitində sizin və qonaqlarınızın iştirak edəcəyi bir tədbiri təşkil edə bilərik.

Üstünlüklərimiz: çadır quruluşlarının geniş çeşidi və onlarda istifadə olunan materialların keyfiyyəti. MASTERTENT çadırları ən etibarlı, estetik və cəlbedicidir.